Onlayn ictimai-siyasi qəzet
"I ixtisas qrupu üzrə 18386 plan yeri uğrunda 21750 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 3364 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək".
Musavat.com xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib. O qeyd edib ki, II ixtisas qrupu üzrə 13285 plan yeri uğrunda 16323 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, II ixtisas qrupu üzrə faktiki olaraq 3038 nəfər abituriyent və subbakalavr da müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.
III ixtisas qrupu üzrə isə 16067 plan yeri uğrunda 19773 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Burada da, III ixtisas qrupu üzrə faktiki olaraq 3706 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək.
IV ixtisas qrupu üzrə 4100 plan yeri uğrunda 5774 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu ixtisas qrupu üzrə 1674 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək.
Sonuncu, V ixtisas qrupu üzrə 4004 plan yeri uğrunda 9726 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib ki, burada da 5722 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.
Ümumilikdə isə 70301 abituriyent və subbakalavr ixtisas seçim təsdiqində iştirak edir ki, onlardan da 17504 nəfər müsabiqəyə çıxarılan faktiki plan yerindən kənarda qalır".
Ekspert əlavə edib ki, ümumilikdə 55842 plan yeri ayrılıb, onların da ixtisas qrupları üzrə dövlət sifarişi (ödənişsiz) üzrə bölgüsü belədir:
I ixtisas qrupu: 13348 yer.
II ixtisas qrupu: 4325 yer.
III ixtisas qrupu: 4265 yer.
IV ixtisas qrupu: 3045 yer.
V ixtisas qrupu: 1597 yer.
Qeyd edim ki, ixtisas seçim təsdiqi nəticələrinin qarşıdakı 2-3 gün ərzində elan olunması gözlənilir".
Afaq,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ