İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada Ukraynaya on minlərlə raket mühərriki göndərdi – döyüş başlıqları ayrıca

Kanada Ukraynaya 70 mm-lik CRV7 aviasiya raketləri üçün 40 minədək reaktiv mühərrik ötürüb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Ukraynadakı hərbi missiyası – UNIFIER məlumat yayıb.

Kanadalı hərbçilərin verdiyi məlumata görə, sözügedən mühərriklər idarə olunmayan raketlər üçündür və onların daşınması təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir. Belə ki, raketlərin döyüş başlıqları mühərriklərdən ayrıca göndərilir.

Xatırladaq ki, CRV7 raketləri NATO ölkələrinin bir çox ordusunda istifadə olunur və xüsusilə zirehli texnikaya qarşı effektivliyi ilə tanınır. Bu yardım, Ukraynanın döyüş imkanlarını artırmaq məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR