İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Trampa belə cavab VERDİ - Ticarət müharibəsi gərginləşir

ABŞ-Çin ticarət gərginliyi yeni mərhələyə qədəm qoyur. ABŞ-ın 104%-lik gömrük tarifi qərarına cavab olaraq Çin 84%-ə qədər əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.

Bu barədə Çin Maliyyə Nazirliyi tərəfindən rəsmi bəyanat yayılıb.

ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi 104%-lik tarif qərarına Çin administrasiyası sərt cavab verib. Çin Maliyyə Nazirliyi tərəfindən yayılan rəsmi bəyanatda ABŞ mallarına əlavə 84% gömrük rüsumu tətbiq ediləcəyi bildirilib. Qərar əvvəlcə 34% səviyyəsində planlaşdırılsa da, Çin bu rəqəmi kəskin şəkildə artıraraq qlobal iqtisadi gərginliyi bir qədər də artırdı.

Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ünvanladığı bəyanatda ABŞ-ın bu addımını "qlobal ticarətə təhlükə" adlandırıb. Çinin ÜTT missiyası vəziyyətin təhlükəli şəkildə gərginləşdiyini və Pekinin bu ehtiyatsız hərəkətə qarşı olduğu mesajını verib./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR