İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA - DİN-dən AÇIQLAMA

Bəzi sosial şəbəkələrin Azərbaycan seqmentində müəmmalı görüntülər yayılıb. 

Musavat.com xəbər verir ki, naməlum kişinin qadın paltarı geyinərək gənc qızları aldatdığı, onları orqan mafiyasının qurbanına çevirdiyi və hazırda Gəncədə olduğu iddia edilib. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev BAKU.WS-ə bildirib ki, yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və 1971-ci il təvəllüdlü həmin qadın polis orqanına dəvət edilib.

"Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Lənkəran Rayonlararası Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib", - deyə məlumatda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR