Onlayn ictimai-siyasi qəzet
Çin ABŞ-ın mallarına tətbiq etdiyi yeni tarif artımına görə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) növbəti dəfə rəsmi şikayət təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi bəyanat yayıb.
“Çin ABŞ-ın son rüsum artımına görə ÜTT-nin mübahisələrin həlli mexanizmi çərçivəsində ABŞ-a qarşı iddia qaldırıb,” – deyə qurumun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında Çin məhsullarına qarşı rüsumların artırılması Pekinlə Vaşinqton arasında ticarət gərginliyini yenidən gündəmə gətirib. Çin tərəfi bu addımı beynəlxalq ticarət qaydalarının pozulması kimi qiymətləndirir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ