İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vialon” MMC “Kubinka”da evi sakinlərin başına uçurur – VİDEO

Yasamal rayonunda “vandal söküntü” işlərinin qarşısını almaq artıq ciddi problemə çevrilib.

Musavat.com-un xəbərinə görə, “Melissa Group” tikinti şirkətinin Yasamalda yaşayış olan mülkü qanunsuz şəkildə sökməsindən sonra oxşar hadisə bu dəfə “Kubinka”da baş verib.

“Vialon” tikinti şirkəti Cəlil Məmmədquluzadə küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən, sakinlər yaşayan evi dağıtmağa başlayıb. Şirkət əraziyə ağır texnika yeridərək söküntü işlərinə start verib.

Evdə yaşayan yəhudi əsilli Azərbaycan vətəndaşı Milka Lalə qızı Yurşimova baş verənlərdən həyəcana düşərək özündən gedib. Qonşular dərhal köməyə gələrək ona ilkin tibbi yardım göstəriblər.

Qeyd edək ki, 2025-ci il martın 27-də Yasamalda baş verən oxşar hadisədən sonra “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov və daha iki əməkdaşı həbs olunmuşdu. Həmin hadisə ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirmiş və məlum olmuşdu ki, “Melissa Park” şirkəti söküntü işlərini heç bir məhkəmə qərarı və müvafiq icazə olmadan həyata keçirib.

Yasamalda baş verən bu kimi hallar vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunur.

“Vialon” MMC-nin nümayəndələri bu ərazidə törətdikləri son özbaşınalıqdan əvvəl Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanda vətəndaş Ramin Ağayevin də yaşayış olan mülkiyyətini ekskavatorla sökmüşdülər. Halbuki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu “Vialon” MMC-yə həmin ünvanda söküntü işlərinin dayandırılması barədə göstəriş vermişdi. Lakin şirkət nümayəndələri bu xəbərdarlığa məhəl qoymurlar.

Qanunvericiliyə əsasən, heç bir vətəndaş yaşadığı evdən məhkəmə qərarı olmadan zorla çıxarıla bilməz. Hətta məhkəmə qərarı olduqda belə, təxliyə prosesi tamamlanmadan söküntü işlərinə başlamaq qadağandır.

Belə görünür ki, tikinti şirkətləri özlərini qanundan üstün görürlər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR