İnsanlara hürriyət, millətlərə istiqlal!

Zülfiyyə “Ayıq sürücü”nü tənqid etdi

“Günlərdir Buzovna camaatının qəzəbinə səbəb olan “Ayıq sürücü” komediyası ətrafında gedən müzakirələri müşahidə edirəm. Filmdə alfons oğlan bazlığa gedir və ayıq sürücü ilə dialoqunda görüşəcəyi xalanın Buzovnada Ayna Sultanova küçəsində yaşadığını bildirir”.

Musavat.com xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial media hesabında yazıb.

O, yutubda yayımlanan, ssenarisi Əli Ucala aid və Buzovna sakinlərinin narazılığına səbəb olan “Ayıq sürücü” filmi barədə fikirlərini bölüşüb:

“Maraqlıdır, filmin yaradıcı heyətini müdafiə edənlər, həmin filmdə “Buzovnada bir xala var” yerinə öz rayonlarının, kəndlərinin adı olsaydı, reaksiyaları necə olardı?

Klassiklərimiz məhz komedik janrda əsərlərində, satirik şeirlərində həmişə uydurma məkan adlarından istifadə edib. Məsələn, C. Məmmədquluzadənin “Danabaş kəndlinin əhvalatı”. Belə misallar çoxdur. Niyə? Çünki uzaqgörən idilər. Çünki bilirdilər ki, konkret olaraq hansısa bir rayonun, kəndin adını çəkib yumorun, satiranın vasitəsilə gülüş hədəfi etmək sakinlərin həssasiyyətinə toxuna bilər, qəzəbinə səbəb ola bilər.

Ümumiyyətlə, xarici ədəbiyyatla tanış olanlar təsdiqləyə bilər, bütün dünyada bölgə, kənd, milliyyət məsələlərinə həmişə həssas yanaşılıb”.

Qeyd edək ki, buzovnalıların etirazlarından sonra film yutubdan silinib, sözügedən hissə çıxarılıb və yenidən yüklənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR