Onlayn ictimai-siyasi qəzet
“Zloy qaqasel” profili ilə insanları təhqir edən, onlardan pul tələb edən şəxs müəyyən olunaraq saxlanılıb.
Musavat.com xəbər verir ki, bir müddətdir “TikTok” sosial şəbəkəsində müxtəlif şəxsləri şantaj edən, insanlar barəsində rüsvayedici məlumatlar paylaşan “Zloy qaqasel” profilinin sahibi həbs edilib.
Onun daha əvvəl müxtəlif cinayət əməlləri törətdiyi, 10 ildən artıq həbsxana həyatı yaşadığı məlum olub.
Cavad Əliyev adlı şəxs profilin sahibinin özü olmadığını deyib. Amma profilin əsl sahibinin kimliyini də açıqlaya bilməyəcəyini söyləyib.
İstintaq zamanı müəyyən edilib ki, Cavad Əliyev “TikTok” istifadəçisi olan xanımdan hədiyyə olaraq jeton tələb edib. Həmin jetonun dəyəri 60 manat civarında olub. Xanım jeton olmadığını, kartına pul göndərə biləcəyini deyib. Lakin Cavad bununla razılaşmayıb və videonu paylaşıb. Zərərçəkmiş qadın polisə müraciət edib. Cavad müəyyən edilərək saxlanılıb.
Maraqlıdır ki, hazırda “Zloy qaqasel” profili açıqdır. Həmin profildə xeyli sayda insan barəsində rüsvayedici məlumatlar yerləşdirilib.
Cavad bu əməlinə görə 3 il 6 ay həbsxanada qalmalı olacaq.
İlkin Muradov
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ