Onlayn ictimai-siyasi qəzet
Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçən 94 yaşlı piyadanı vurub.
Qəza nəticəsində xəsarət alan 94 yaşlı Mahmudov Sokrat Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.
Qəzanı törədən 59 yaşlı Rövşən M. məsuliyyətə cəlb edilib. İstintaq zamanı mərhumun ailəsi ilə sürücü arasında barışıq olub.
Hökmə əsasən sürücü 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İ.Muradov
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ