Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
Musavat.com xəbər verir ki, "Unikal"ın məlumatına görə, A. Eminov 1982-ci ildə Sumqayıt şəhərində anadan olub.
1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fəqlənmə ilə bitirib. 2003-2004-cü illərdə Türkiyənin Egey Universitetini, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetini magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Həmin dövrdə Türkiyə Gənc Girişimcilər Birliyinin üzvü, Azərbaycan Marketinq Cəmiyyətinin Türkiyə üzrə rəhbəri olub. 2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını bitirib.
2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Bundan əvvəl isə Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru vəzifəsində çalışıb.
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ