İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaçqınları bilet alıb Almaniyaya ötürürlər – Bolqarıstan və Yunanıstandan şok sxem

Bolqarıstan və Yunanıstan minlərlə qaçqını "qanuni" şəkildə Almaniyaya göndərməyin yolunu tapıb.

Musavat.com xəbər verir ki, BILD nəşrinin yaydığı məlumata görə, bu ölkələrə daxil olan miqrantlara əvvəlcə Şengen zonasında 90 gün qalmağa icazə verən müvəqqəti sənədlər verilir. Daha sonra isə onlara aşağı büdcəli aviaşirkətlər vasitəsilə Almaniyaya uçuş biletləri alınır.

Qaçqınlar Almaniyaya çatdıqdan sonra orada ikinci dəfə sığınacaq müraciəti edirlər. Yalnız 2024-cü ildə bu sxem vasitəsilə Almaniyaya Yunanıstandan təxminən 25 min miqrantın daxil olduğu bildirilir.

Berlin bu tendensiyanı narahatlıqla qarşılayıb. Almaniyanın Xristian-Demokrat İttifaqının (XDİ) nümayəndəsi Natanael Liminski yaxın günlərdə məsələ ilə bağlı danışıqlar aparmaq üçün Afinaya yollanacaq.

Musavat.com
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR