Onlayn ictimai-siyasi qəzet
Ermənistanın son aylar “COP29-da iştirak edib-etməmək barədə düşündükləri” haqda bəhanələri də, yalanları da bitdi. Bunlar öz ağıllarınca, birbaşa “Bakıya gəlmirik” deməməklə guya “diplomatik gediş” edirdilər, əslində isə Ermənistanın müstəqil dövlət siyasəti olmadığını, “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” kimi bəyanatların yalnız dünyanı aldatmağa hesablandığını, Makron kimi kirli və kinli başların birbaşa göstərişi ilə hərəkət etdiklərini sübut etdilər.
Prezident İlham Əliyev Belçika Krallığının Bakıya gəlmiş baş naziri ilə görüşdə bu barədə qısa danışdı, vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib, iştirak edib-etməməsi öz qərarlarıdır. Amma 8 noyabrdakı çıxışında bir neçə dəfə dedi ki, Ermənistan Qərbin bəzi dövlət və dairələrinin ağılları ilə hərəkət edir.
Ermənistan hökumətinin bəzi üzvləri COP29-da iştirak etməmək üçün hətta özünə “alibi” düzəltməyə çalışıb. Məsələn, COP29-a dəvət alan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıdakı tədbir başlayan gün İsveçə “işgüzar səfərə” getdi. Sammit başlayan gün Ermənistanda daha bir “kuryoz” da yaşandı. Belə ki, Ermənistanın prezidenti Vaaq Xaçaturyanın qəfil xəstələndiyi və ürək problemi ilə bağlı xəstəxanaya yerləşdirildiyi xəbəri yayıldı. Yalnız dünən axşam Xaçaturyan xəstəxanaya yerləşdirilməsi xəbərini özü təkzib etdi. Mümkündür ki, bu yalan xəbər də COP29-da iştirakdan yayınmaq üçün düşünülmüş gediş olub. Çünki Paşinyan və Mirzoyan gələ bilmirdirsə, bir qədər loyal, Ermənistanın siyasətinə xüsusi təsirləri olmayan erməni prezidentinin tədbirdə iştirakı mümkün idi.
Bəs Ermənistan niyə tədbirə gəlməyə cəsarət etmədi?
Əvvəlcə, ölkədaxili faktorlara diqqət edək. “Əgər Ermənistan COP29-da iştirak etsə, bu, hökumətin öz xalqına qarşı saymazlığının zirvəsi olacaq”. Revanşistlər neçə müddətdir ki, Paşinyan hökumətini bu cür qorxudurdular. Ermənistan hökuməti tez-tez yalançı rəy sorğuları keçirərək hakim partiyanı ölkədə ən reytinqli siyasi qüvvə kimi sırımağa çalışsa da, COP-a gəlməməklə əslində, daxildə “yerlərinin möhkəm olmadığın” ifşa etdilər. Əgər Paşinyan hökumətinin reytinqi son sorğularda iddia etdikləri kimi “kəllə-çarxa” çıxıbsa, demək onun siyasətini də, atdığı addımları da qəbul edirlər. COP29-da iştirakından imtina göstərdi ki, Paşinyan hökuməti revanşist ermənilərin ölkəni qarışdırmasından və beləliklə də, hakimiyyətlərini itirməkdən çox qorxurlar.
Daha bir səbəb yenə də Paşinyan hökumətinin qorxuları ilə bağlıdır. Çünki revanşistlər və kilsə rəhbəri COP29-da iştirakı üçün Bakıda həbsdə olan terrorçu-separatçıların azadlığı şərtini irəli sürmüşdülər. Guya Bakıya o şərtlə getmək olar ki, separatçılar azadlığa buraxılsın, hətta erməni nümayəndə heyəti DTX təcridxanasında olanları öz təyyarələri ilə İrəvana gətirməlidirlər. Bu da Ermənistan hökumətinin ürəyincə deyildi, düşünülmüş şantaj idi. Çünki Ermənistan hökumətinin terrorçu-separatçıların İrəvana gətirmək kimi niyyəti olmayıb. Bunun bir səbəbi onların Paşinyanı “satqın” hesab etməsidir. Paşinyan da xüsusilə, Vardanyanla həmişə düşmən münasibətdə olub və onun azadlığını deyil, elə həbsdə çürüməsini arzulayır. Aydın idi ki, Bakı da heç vaxt, heç bir şərt daxilində separatçıların boş bel çantasını da Ermənistana göndərmək fikirində olmayıb. Onları qarşıda mühakimə gözləyir və məhkəmədə layiqli cəzalarını alacaqlar.
Nəhayət, xarici faktorlar. Ermənistanın müstəqil siyasəti olmadığı üçün yenə də Qərbdəki “dostlar”nın ağılları ilə hərəkət etdilər. Makron kimi həm öz ölkəsində, həm dünya siyasətində tükənmiş birisinin iştirak etmədiyi tədbirə getməyə cəsarət edə bilməzdilər.
Prezident açılışdakı çıxışında Makron və onun kimi “boykotçu”lara dedikləri elə həm də İrəvana cavabdır. “Onlara pis xəbərim var. Bizim 72 min qeydiyyata alınmış iştirakçımız var, onlar da 169 ölkədən gəlmiş nümayəndələrdir. Onların sırasında 80 prezidentlər, vitse-prezidentlər, baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və bütün dünyaya biz deyirik ki, Azərbaycana xoş gəlmisiniz...”-prezident çıxışında deyib.
Ermənistan COP29-da liderlərin ailə fotosunda çox “xırdadır” və yeri görünmür. Paşinyan isə ancaq velosiped sürəndə sərbəstdir, ona görə tez-tez o pedalları fırladır və müstəqil qərar verdiyinə, rolu istədiyi yerə çevirdiyinə görə hədsiz xoşbəxt olur. Bakıda bunu etmək xoşbəxtliyini də ona çox gördülər...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ