Onlayn ictimai-siyasi qəzet
Dahi şəxslər, dühalar, alimlər yetişdirmiş yəhudi xalqının təəssüf ki, ballastları da var. Azərbaycana haqsız yerə vaxtaşırı “ağız” atan, dil uzadan, “ipi” başqalarının əlində olan Aleksandr Lapşin, Vladimir Solovyov kimi.
Bu qəbil şər-böhtançıların təxribatlarına öyrəşsək də, yenə ara-sıra onlara baş qoşmalı olursan. Çünki belələri bir qayda olaraq, özlərinin yox, ağalarının və ya maaş aldıqları antitürk çevrələrin sözünü deyirlər. Rusiyalı teleaparıcı, bədnam Vladimir Solovyov kimi...
Bu siyasi şarlatan dünən Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də (!) yenə də ərazi bütövlüyümüz və suverenliyimiz əleyhinə fikirlər səsləndirib. İrəvanda saxlanılan rusiyalı iş adamı, 44 günlük müharibədəki roluna görə Azərbaycanın axtarışa verdiyi Samvel Karapetyanın müdafiəsinə qalxan Solovyov öncə baş nazir Nikol Paşinyanın ünvanına təhqiramiz nitq söyləyib və revanşistlərin ağzı ilə bir neçə dəfə mifik “artsax”ın adını çəkib, Ermənistanı da “artsax”ın taleyini gözlədiyini söyləyib. Paşinyanı “artsax”ı guya təslim etməkdə, “xristian dəyərlərinə xəyanətdə” (?) ittiham edib.
Bu da azmış kimi o, ermənilərdə revanşizm hissini gücləndirmək üçün guya hayların İrəvandan min illər qabaq (!) Qarabağda yaşadıqlarını iddia edib. Halbuki tarixdən azca xəbəri olanlar, hətta obıvatel Qarabağa kütləvi erməni köçünün nə vaxt, necə baş verdiyini, alban kilsələrinin necə erməniləşdirildiyini, nəhayət, İrəvanın necə “qədim erməni şəhərin”nə çevrildiyini əla bilir. Solovyev barı qulağının dibindəki Rusiya arxiv mənbələrinə gedib baxsaydı, həm Allaha xoş gedər, həm də özünə yaxşılıq etmiş olardı.
Amma bu yaramaz zata, yəhudilərin üz qarasına əlbəttə ki, gerçək lazım deyil. Yoxsa utanmazcasına “artsax təslim edilib” absurdunu dilə gətirməzdi. Aranlı-dağlı Qarabağın heç vaxt “Ermənistan” adlı uydurma dövlətin tərkibində olmadığını boş başına birdəfəlik yerləşdirərdi...
Bunlar öz yerində, əsas olan odur ki, Solovyov Rusiyanın dövlət telekanalında bu şəkildə banlamaqla ən əvvəl rəsmi Moskvanın Azərbaycana, onun ayrılmaz tərkib hissəsi kimi Qarabağa münasibətini ortaya qoyub. Bəlli olur ki, Kreml hələ də ərazi bütövlüyümüzü ildırım sürəti ilə bərpa etməyimizi, separatçıların əsas ümidgahı olan rus hərbi kontingentinin Qarabağdan vaxtından əvvəl çıxarılmasını həzm edə bilmir. Bunu bizə bağışlamır.
Təsadüfi deyil ki, Putin başda olmaqla Moskva rəsmiləri yeri gəldi-gəlmədi Nikol Paşinyaanı “Dallıq Qarabağı” Azərbaycan ərazisi saydığı üçün ittiham edir, hətta bununla onun erməni xalqına guya xəyanət etdiyini bildirilər. Hərgah Paşinyan sadəcə, erməni rəhbərləri arasında ilk dəfə beynəlxalq hüquqa sayğı göstərərək obyektiv yanaşma sərgiləyib. Bəs Moskvanın “qarnının ağrısı” nə?
Şəkk-şübhəsiz, nə erməni xalqının rifahı və xoşbəxtliyidir, nə də mifik “arsax”-marstax. Səbəb son dərəcə bəsit: Qarabağın öz əzəli sahibinə qayıtması ilə Rusiyanın Güney Qafqaz qarışdırmaq, Azərbaycan və Ermənistanı daima nəzarətdə saxlamaq üçün çox mühüm bir rıçaqı əldən çıxıb.
Keşkə, bunu erməni xalqı birdəfəlik kəsdirəydi. O zaman Solovyev çaplı şizofreniklərin felinə uyub da “çəhrayı arzula”la yaşamaz, bu kimi sayıqlamaların və təhqirlərin arxasındakı əsl niyyəti görərdi...
Z.SƏFƏROĞLU
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ