Onlayn ictimai-siyasi qəzet
Əgər ABŞ-da səsvermə hüququm olsaydı, noyabr seçkisində şübhəsiz ki, Trampa səs verməzdim. Baş tutmayan sui-qəsd cəhdindən sonra Trampı artıq seçkinin qalibi hesab edənlərə rəğmən ötənlərdə yazmışdım ki, respublikaçı namizədin şansı artıb, amma Kamala Harrisin ona rəqib olması ilə indi hər şey daha dolaşıqdır. Payız seçkisində Trampın Ağ Evə qayıtmasını əngələmək istəyən qüvvələr bəllidir, amma indi daha ciddi maneə də var ki, adı Harris xanım, qadındır.
Tramp indi anlamış olmalıdır ki, əslində onun üçün ən yaxşı rəqib elə Bayden idi. Gərək onu çox aşağılamaya, debatda “yola verəydi”. Baydenə qarşı o hirsi Trampın öz ayağına “güllə sıxması” idi. Məhz o debatdan sonra demokratlar Baydenin uduzacağını anladılar və vitse-prezident Harrisin namizədliyi ətrafında birləşdilər.
Buyurun, əgər iki həftə əvvəl onların reytinqi arasında fərq 8-10 faiz Trampın xeyrinə idi, indi bu fərq aradan qalxıb. Üstəlik, məlumatlara görə, Harris seçkidə bəzi həlledici ştatlarda vəziyyəti öz xeyrinə dəyişə bilib. İndi Harrisin reytinqi 50 faizdir, Tramp cüzi də olsa ondan (46 faiz) geri qalıb. Sorğular göstərir ki, rəyi soruşulanlar Harrisi Trampdan daha ağıllı, daha dürüst və ölkəni idarə etməyə daha uyğun namizəd hesab edirlər.
Harris vitse-prezidentliyə namizədi ilə ştatlarda ilk təbliğat həftəsini başa vurublar. Seçkinin nəticələrinə ciddi təsirləri olan müstəqil seçicilərin 45%-i Baydenin namizədliyinə “hə” deyirdilərsə, indi onların 60%-i Harrisə dəstək verməyə hazırdırlar. Bildirilir ki, demokratlar Ağ Evdə qalmaq istəyirlərsə, Viskonsin, Pensilvaniya və Miçiqan kimi mühüm ştatlarda qalib gəlməlidirlər. Trampın seçki qərargahı rəy sorğularının son nəticələrinə şübhə etsələr də, narahatdırlar.
Respublikaçıların əksəriyyəti Trampın Ohayo ştatından senator Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd göstərməsindən narazı qalıblar. Trampın reytinqinin aşağı düşməsini də məhz Vensin haqqında mənfi rəyin çoxluğu ilə əlaqələndirilər. Harrisin vitse-prezident seçiminə gəlincə, Minnesotanın 60 yaşlı qubernatoru haqda xüsusi mənfi rəy yoxdur.
ABŞ mediası yazır ki, Tramp nə baş verdiyinin fərqindədir, amma indi onun açıqlamaları, xüsusilə Harrisə həqarətləri istənilən nəticəni vermir. Tramp hər mitinqdə Harrisi hətta aşağılamağa cəhd edir ki, seçki texnoloqlarına görə bu, yanlış yanaşmadır.
Trampın sentyabrda üç debat təklifindən Harris yalnız birini qəbul edib. Trampın zəif cəhətləri bəllidir. Ən pisi odur ki, Tramp əlacsız yalançıdır. ABŞ prezidenti olduğu müddətdə və indiki seçki kampaniyasında yenə də çaşdırıcı və yalançı bəyanatlar verir. “The Washington Post” onun prezidentliyi dövründə 30 min 573 yalan və ya çaşdırıcı ifadə qeydə alıb ki, bu da gündə orta hesabla təxminən gündə 21 yalan edir...
Harrisin də zəif cəhətləri bəllidir. Məsələn, Ağ Evdə olduğu müddətdə onun peşəkar uğuru yoxdur. İkincisi, Harris 4 illik vitse-prezidentlik dönəmində öyünüləsi heç bir uğuru yoxdur. Belə ki, ona 4 il müddətində ölkə səviyyəsində vacib missiyalar etibar edilmədi, məsələn, ABŞ adına diplomatik missiya yerinə yetirmədi və s.
Harrisin az səriştəsi və dar dünyagörüşü də ona seçkidə problem yarada bilər. Kamala nəyisə bilmirsə, qeyri-təbii şəkildə kəkələməyə və ya yüksək səslə gülməyə başlayır. ABŞ prezidentliyinə namizədin başqa bir zəifliyi isə son dərəcə orijinaldır- onun övladı yoxdur. Amerikada isə bu çox vacib amildir. Çünki ailə albomları və övladlarının fotoşəkillər seçiciyə mesajın bir hissəsidir. Ərinin uşaqları var, lakin onlar ilk nikahdandır.
Harris üzərinə çətin və məsulliyyətli iş götürüb. Bacaracaqmı? Suallar hələ də çoxdur, amma hələ ki, bir cavab var: unutmayaq ki, qadın böyük qüvvədir. Həm də elə bu səbəbdən də Trampa səs verməzdim...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ