Onlayn ictimai-siyasi qəzet
Baqrat bizim evdə usta işləyib. Saqqal saxlamazdı, yəqin ki, dindar da deyildi. O vaxtın ustalarına xas pintilik onda da vardı. Karandaşı qulağının dibindən, papirosu da damağından əskik olmazdı. Bir dəfə həyətimizdə futbol oynayanda topla zalımızın şüşəbəndinin şüşələrini qırmışdım. Baqrat gördü narahatam, “müəllimə (özü də atama Sabir yox, “Səbir müəllim” deyərdi) mən işləyəndə qırıldı deyərəm...” dedi. Atam inanmadı təbii ki, amma nə Baqrata, nə mənə də bir söz dedi.
Hə, plotnik idi Baqrat. Yanındakı azərbaycanlı ustanın da adını xatırlayıram: Şahmar.
Evimizin bütün dülgər işlərini onlar görərdi. Baqratgil günorta və axşam bizdə yeyərdi. Anam onun qab-qabacağını o işləyib qurtarana kimi ayrıca yuyub saxlardı. O işini qurtarıb gedəndən də aparıb zibilliyə atardı. Amma dediyim kimi, məni bir dəfə atamın qəzəbindən qurtardığı üçün onu həmişə “yaxşı adam” kimi xatırlayıram. Ürəyinin dərinliyində erməni idi yəqin ki, amma o zamanlar bu kin-küdurəti biruzə verməzdilər. Sonra da o cür evimizi yandırdılar Baqratdan törəmələr...
***
Qazaxın 4 kəndinin tarixi sahibi Azərbaycana qaytarılması qərarından sonra Ermənistanda başlamış etirazların “müvəqqəti müqavimət” olduğu haqda Paşinyan hökumətinin proqnozları özünü doğrultmadı. Dələduz, dinsiz və imansız Baqratın ortaya düşüb erməni müqaviməti hərəkatı yaratması əslində təəccüblü deyil. O cümlədən, bu erməni sürüsü Tavuşdan ta İrəvana gəlib Paşinyanın istefasını tələb etmələri əslində gözlənilən idi.
Qazaxın 4 kəndinin qaytarılması məsələsini əyalət səviyyəsindən çıxarıb, ölkənin gündəminə daşıya bildilər, indi də Paşinyana müxalif kim varsa onun istefası üçün birləşib. Robert Köçəryan, keçmiş xarici işlər nazirləri meydandadır. Serjik ilan kimidir, təhlükəni hamıdan əvvəl hiss edib, deyilənə görə, İrəvanda baş verənləri Almaniyadan izləyir. Əgər Paşinyanı devirə bilsələr, mütləq o da öz payını almaq üçün özünü İrəvana çatdıracaq. Ter-Petrosyan hələ ki, fəal deyil. Onun müqavimətin başında dayandığı daha şübhə doğurmayan kilsə və baş kahin Qaraginlə münasibətləri həmişə yaxşı olub. Amma Petrosyan yəqin ki, bu prosesin Ermənistanın və erməni xalqının mənafeyinə ziddi olduğunun fərqindədir.
Amma o da çıxıb meydanda soruşmur ki, ay yaramazlar, son 4 ildə başınıza gələn müsibətdən sonra da ağıllanmadız?
Tavuş yeparxiyasının rəhbəri Baqratın davranışlarını təhlil edəndə ilkin olaraq o rəy yaranır ki, ermənilər dindar toplumdur, əlləri də hər yerdən, elə müxalifətdən də üzüldüyü üçün əyalət yeparxiyasının rəhbərinə ümid etməkdə yanılmırlar. Kəndlərlə bağlı müqavimət hər şeydən öncə erməni cəmiyyətində Azərbaycana qarşı düşmənçilik alovunun səngiməsini istəməyənlərin bəhanəsidir. İkincisi, kilsə təmsilçiləri elə bir hakimiyyət arzulayırlar ki, Paşinyan kimi onlardan uzaq qaçmasın, dövlət məsələləri onlarla müzakirə edilsin. Nəhayət, dövlət əhəmiyyətli qərarlara kilsə də xeyir-dua versin. 1988-ci ildə münaqişənin ilk aylarında da ən qızışdırıcı mövqedə olan keşişlər idi. Kilsə ilə məsləhətləşməyə həm Köçəryanın, həm də Sərkisyanın hakimiyyəti dönəmində ciddi əməl edilib. Yadınızda, işğal günləri ilə bağlı tədbirlərdə Qaragin və Eçmiədzin kilsəsinin nümayəndələri öndə dayanardılar. Paşinyan onlarla Ermənistanı bataqlıqdan çıxara bilməyəcəyini tezliklə anladı və araya məsafə qoydu. İndi Paşinyandan bu özbaşınalığın qisasını almaq istəyirlər.
Mən Ermənistandakı hadisələrin sonrakı gedişatı haqda proqnoz verməkdən çəkinirəm. Erməni lobbisi Paşinyanın fəaliyyətini bəyənmir. Onun gəlişindən sonra lobbiyə də ciddi zərbə dəyib, əvvəlki kimi pul toplaya bilmirlər. Erməni kilsəsinin həm də sovet vaxtından KQB-nin nəzarətində olduğu da bəlli həqiqətdir. Rusiyanın bu işdə əlbəttə ki, barmağı var. Amma onların dərdi indilikdə bizimlə deyil, Paşinyanladır.
Paşinyan bu təlatümdən qurtulsa, Ermənistan da xilas ola bilər. Yox, kilsə və revanşistlər hakimiyyəti qamarlasalar, yenə qayıdacaqlar 88-ci illər havasına. Daha bizim yanımzdan yel də olub ötə bilməzlər, baş qaldıracaqlarsa, başları əziləcək. Qarabağda qalmış olsaydılar belə yenə heç bir qələt edə bilməyəcəkdilər. Paşinyanı aşırsalar, aydındır ki, əsas tutacaqları yer “artsaxa qayıdış” olacaq. Amma o günü görməyəcəklər. Əlbəttə, könülümüzü bulandıracaqlar dünyadakı dəstəkçiləri ilə birləşərək. Amma dövlətimiz daha o keşişlərə bir qarış torpaq da verməz.
Sülh sazişi imzalanmadan Paşinyan hakimiyyəti devrilərsə, bu regiona yaxşı heç nə vəd etməz. Amma ən çox zərərçəkənin məhz Ermənistan olacağına şübhə yoxdur. Bu isə proqnoz deyil, gerçəkdir...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ