İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzur da Azərbaycanın Kanadasıdır”

Rusiya mediası: “Əgər İrəvana qarşı yeni hərbi əməliyyat başlasa...”

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ermənistana xəbərdarlıq edib. “Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır” - Prezident bildirib.

Ermənistanda Azərbaycan Prezidentinin dediklərinə reaksiyalar bəllidir, bəs Rusiya mediası bu mesajı necə dəyərləndirib?

Musavat.com xəbər verir ki, Rusiya mediasında bu barədə yazılarda Ermənistanı Azərbaycanla qorxutmaq cəhdləri daha qabarıq nəzərə çarpır. Xüsusilə Ermənistanın Avropa Birliyinə üzvlük qərarından sonra İrəvanı qorxutmaq cəhdləri artıb.

Məsələn, “Vzqlyad” bu barədə “Bakının öz kiçik Kanadası var(yaranıb)” başlıqlı təhlil yazı dərc eddib.

“Beynəlxalq siyasət xarici mühitin getdikcə daha çox tələbkarlaşdığı bir dövrə qədəm qoyur. Trampın Kanada və Qrenlandiyaya iddialarından sonra Azərbaycan da dövlətlərin mövcudluq hüququ ilə bağlı konseptual müzakirələrə qoşulub. O, müsahibəsində qonşu Ermənistanın “regionda sülhə təhdid” olduğunu bildirib. Başqa sözlə, belə bir təəssürat yarana bilər ki, ümumi çaşqınlıq şəraitində mübariz Azərbaycan lideri öz “Kanada”sını və ya “Qrenlandiyasını” əldə etmək niyyətindədir. Azərbaycanın son illərdə əldə etdiyi hərbi uğurları və Ermənistanın milli müdafiə sahəsində aşkar uğursuzluğu fonunda bu cür yanaşma olduqca təsir edici görünür”.

Məqalədə bildirilir ki, artıq bir neçə ildir Ermənistanın xarici siyasəti sanki Rusiya ilə münasibətləri gərginləşdirməyə yönəlib. “Bu seçim Ermənistan dövlətçiliyinin 1991-ci ildə müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi yola əsaslanıb. Ona görə də rəsmi İrəvanın KTMT-də iştirakını dondurması və ya Aİ-nin hərbi müşahidəçilərini öz ərazisinə çağırması tamamilə mənasızdır. Baxmayaraq ki, hamıya aydındır ki, Fransa heç vaxt Ermənistana bəyanatlardan başqa heç bir yardım göstərməyəcək. Rusiyanın özü çətin ki, müasir şəraitdə Ermənistan xalqının təhlükəsizliyini ən effektiv şəkildə təmin etsin. Biz bunu əvvəllər iki dəfə - 19-cu əsrin əvvəlində və bir əsr sonra etmişik və hər iki dəfə təcrübə o qədər də təsir edici deyildi. Ermənistanın vəziyyəti getdikcə dramatik görünməyə başlayır. Hətta güman etmək olar ki, qarşıdan gələn 2025-ci ildə respublika böyük xarici siyasət problemləri ilə üzləşəcək” deyə, məqalədə vurulanır.

Şərqşünas, publisist, “Şərq qapısı” Teleqram kanalının müəllifi Andrey Ontikov isə “İzvestiya”ya açıqlamasında əsasa diqqəti Trampın hakimiyyətə rəsmi qayıdışından sonra Tehranla mümkün müharibə riskinə ynəldib. Ekspert bu kontekstdə Prezident İlham Əliyevin məlum müsahibəsuində əminliklə Zəngəzur dəhlizinin açılacağı fikirinə də diqqət çəkib. “İrəvan Tehranın əsas tərəfdaşıdır, Qafqazda mühüm dayağıdır. Əgər Azərbaycan İrəvana qarşı yeni hərbi əməliyyata başlasa, Zəngəzur dəhlizini bağlana və bununla da Ermənistanı İranla birbaşa quru əlaqəsindən kəssə, bu, bütövlükdə İslam respublikasının və indiki halda regionundakı mövqelərinə növbəti güclü zərbə olacaq” deyə, o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR