İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusdakı 1500-dək siyasi məhbus tezliklə azadolunacaq

Amerika hakimiyyəti Belarusla respublikada saxlanılan daha 1500 məhbusun azad edilməsini müzakirə edir.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Ağ Evdə jurnalistlərlə söhbəti zamanı o qeyd edib ki, bu məsələ ABŞ-ın Ukrayna üzrə xüsusi elçisinin müavini Con Koulun Belarusa səfəri zamanı müzakirə olunub. "Belarus prezidenti Aleksandr Lukaşenkonun 1400 və ya 1500 nəfəri var. Bu, böyük rəqəmdir və söhbət onların azad edilməsindən gedir. Onların bəziləri siyasi məhbuslardır. Məncə, onların çoxu siyasidir və görünür, onlar yaxın gələcəkdə azad olunacaqlar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR