Onlayn ictimai-siyasi qəzet
Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Bu barədə Musavat.com-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib:
"Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb".
Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.
***
Musavat.com xəbər verir ki, əldə olunan yeni məlumatlara əsasən, yaralılardan biri yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qəza nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib.
***
Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur.
1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Bu gün Biləcəri dairəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Musavat.com-a verdiyi məlumata görə, körpü ilə hərəkətdə olan iri tonnajlı yük maşını idarəetməni itirərək aşağıda hərəkət edən avtomobillərin üzərinə aşıb.
Qəza nəticəsində bir neçə avtomobil zədələnib. İlkin ehtimala görə, hadisə nəticəsində minik avtomobilində üç, yük avtomobilində olan iki nəfər həlak olub.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Şahanə Rəhimli
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ