İnsanlara hürriyət, millətlərə istiqlal!

CAR-da keçiriləcək G20 sammitində ABŞ-ı Vens təmsil edəcək

G20 ölkələrinin Cənubi Afrikada keçiriləcək sammitində ABŞ-ı vitse-prezident J.D.Vens təmsil edəcək.

Musavat.com xəbər verir ki, məlumatı Ağ Evdə jurnalistlərə ABŞ prezidenti Donald Tramp açıqlayıb.

O,  jurnalistlərin suallarını cavablandırarkən “mən getmirəm, J.D.Vens gedir” deyib.

Qeyd edək ki, Tramp CAR-ı ölkə ərazisində yaşayan ağdərili insanları sıxışdırmaqda ittiham edirdi. O, bu səbəbdən CAR-da keçiriləcək G20 sammitinə ABŞ-dan heç kimin getməyəcəyini elan etmişdi. CAR prezidenti Kiril Ramafosa may ayında Vaşinqtona gedərək onunla görüşdü. Görüş zamanı Tramp onunla da jurnalistlərin qarşısında mübahisə etsə də, sonrakı danışıqlarda müəyyən razılaşma əldə olundu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR