İnsanlara hürriyət, millətlərə istiqlal!

"Analıq məsuliyyətini anlamayanlar dünyaya uşaq gətirməsinlər" - Nura Suri  

"Analıq məsuliyyətini anlamayan qadınlar dünyaya uşaq gətirməsinlər"

Musavat.com bildirir ki, bu barədə müğənni Nura Suri öz sosial media hesabında bildirib. 

Müğənni son vaxtlar valideynləri tərəfindən zorakılığa məruz qalan uşaqlarla bağlı yayılan xəbərlərin onu dərindən sarsıtdığını bildirib:

"Kənardan necə göründüyümü, haqqımda nə düşündüyünüzü bilmirəm. Amma mən 10 yaşına qədər Davidi ayağımda yellədib yatızdırmışam - kənd qadınları kimi.

19 yaşımda ana olmuşam və analıq hissini, məsuliyyətini ilk gündən dərk etmişəm. Konsertlərə, tədbirlərə uşağım qucağımda, səhnə arxasında süd verib sonra səhnəyə çıxmışam. İstirahətə də həmişə övladlarımla getmişəm. Düzdür, yanımda dayələr də olub, amma övladlarımı heç vaxt diqqətdən kənarda qoymamışam.

Analıq məsuliyyətini anlamayan qadınlar dünyaya uşaq gətirməsinlər.

Son zamanlar sosial şəbəkələrdə gördüyüm xəbərlər məni çox məyus edir. Valideynləri tərəfindən işgəncəyə məruz qalan, atılan, zorlanan uşaqları gördükdə uzun müddət özümə gələ bilmirəm".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR