İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya da nüvə silahı yaratmaq həvəsinə düşüb: Nazirdən sensasion açıqlama

Braziliya beynəlxalq vəziyyətin pisləşməsi ilə əlaqədar gələcəkdə nüvə texnologiyasından hərbi sahədə istifadəni nəzərdən keçirə bilər.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə Braziliyanın mədən və energetika naziri Aleksandr Silveyra çıxış edib.

Onun açıqlamasını yerli Folha de S. Paulo qəzeti yayıb: "Biz bu (nüvə-red.) texnologiyadan, o cümlədən müdafiə məqsədləri üçün istifadə planlarına yenidən baxmalı olacağıq". Nazirin sözlərinə görə, respublika prezidenti Luiz İnasio Lula da Silva nüvə proqramı olmadan ölkənin suverenliyini qorumağa nail olub, lakin “Braziliya gələcəkdə özünü xarici təhlükələrdən qorumaq üçün nüvə texnologiyasına ehtiyac duya bilər”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR