İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Abramyan: "Ermənistan özünü zəif duruma salıb"

"Ermənistanın mütəmadi olaraq kəmiyyət və model baxımından təqdim olunan hərbi tədarükü onun müdafiə sistemi üçün ciddi zəiflik yaradır".

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan tərəfindən səslənib.

Erməni deputat Azərbaycanda bunun tam əksinin baş verdiyini qeyd edib:

"Hərbi idxal ciddi məxfilik şəraitində həyata keçirilir və yalnız hərbi büdcə, ən yaxşı halda hava yolu ilə gələn hərbi nəqliyyatın sayı və intensivliyi qeydə alınır".

Revanşist siyasətçinin fikrincə, hərbi təchizatın açıqlanması Azərbaycana milyardlarla hərbi texnika və silahı bir neçə saat ərzində metal qırıntısına çevirməyə imkan verir:

"Bu nöqteyi-nəzərdən Azərbaycan da başlanğıcda böyük üstünlük əldə etməyə, sonra isə öz prioritetlərinə uyğun hərəkət etməyə çalışır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR