Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində Ermənistan Respublikası Konstitusiyasını dəyişdirməsə, sülh müqaviləsi bağlanmayacağı barədə bəyanatını təkrarlayıb.
Bundan başqa Nikol Paşinyan Azərbaycan hökumətinin nümayəndələri ilə Konstitusiyaya dəyişiklik edilməsi məsələsini müzakirə edib və o, yeni Konstitusiya qəbul etmək üçün vaxt da istəyib.
Bununla bağlı olaraq ermənilərin “Factor.am” saytı Ermənistan Xarici işlər nazirliyinə yazılı sorğu göndərib.
Nazirliyin sorğusuna cavab olaraq, onlar konstitusiyaya dəyişiklik prosesinin Ermənistan Respublikasının daxili işi olduğunu cavablandırıblar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli politoloq, revanşist baxışları ilə tanınan Suren Surenyants bununla bağlı Paşinyan hökumətini tənqid edib.
“İlk baxışda Xarici İşlər Nazirliyi hərtərəfli cavab verdi. Amma bu, ilk baxışdan belədir, çünki Əmirbəyovun “Nikol Paşinyan yeni Konstitusiya qəbul edə bilmək üçün vaxt istəyib” bəyanatına əslində heç bir cavab verilməyib.
Ermənistan XİN-in bu mühüm halı görməzlikdən gəlməsi belə güman etməyə haqlı əsas verir ki, Paşinyan Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini danışıqlar prosesinin mövzusuna çevirib”, - deyə Surenyants yazıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ