Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan sülh danışıqlarından çəkilməməsini xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu “The Economist” jurnalı məlumat yayıb. Nəşrin yazdığına görə, Vatikan görüşü zamanı Zelenski Trampa açıq şəkildə bildirib ki, yalnız o, sülh prosesini sonadək çatdırmağa qadirdir.
“Tramp sülh işini yarımçıq qoymamalıdır. Bu prosesi sona qədər apara biləcək tək şəxs elə özüdür”, – deyə Ukrayna Prezidentinin dediyi sözlərdən sitat gətirilir.
Qeyd edək ki, Tramp ABŞ-ın hazırkı Prezidenti kimi Rusiya-Ukrayna müharibəsində vasitəçilik imkanlarını bir neçə dəfə dilə gətirib. Zelenskinin bu çağırışı isə onun həmin planlara ciddi ümid bəslədiyini göstərir.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ