Onlayn ictimai-siyasi qəzet
"Komedixana" Azərbaycanda yayımlanan məşhur komediya televiziya şousudur.
2019-cu ildən "Xəzər" telekanalında yayımlanan layihə qısa zamanda izləyicilərin böyük marağına səbəb olub. Bu proqram əsasən yumoristik səhnəciklər, satirik monoloqlar və müxtəlif aktual mövzulardan bəhs edən zarafatlar üzərində qurulub.
Proqramın formatı bir az teatr üslubundadır, aktyor heyəti müxtəlif obrazlarda çıxış edərək gündəlik həyatda rast gəlinən problemləri, sosial hadisələri və bəzən də siyasi mövzuları yumor vasitəsilə tamaşaçılara çatdırır. Hətta indiyə kimi bir çox aktyor və aktrisa layihədən ayrılsa da, "Komedixana" əvvəlki aktuallığını qoruyub saxlayıb.
Bəs məşhur layihənin ulduzlarınını ailə vəziyyəti necədir?
Siyahını təqdim edirik:
Ənvər Abbasov
Rejissor, aktyor, ssenarist, redaktor Ənvər Abbasov ailəlidir və onun iki övladı var.
Zarina Qurbanova
1990-cı ildə doğulan gözəl aktrisa subaydır. O, heç vaxt ailəli olmayıb.
Xəyalə Quliyeva
Xəyalə Quliyeva Yusif Musayev adlı bəylə ailəlidir. Bu evlilikdən aktrisanın bir oğlu və bir qız övladı var.
Müşfiq Şahverdiyev
Aktyor ötən il boşanıb. Onun bu evlilikdən bir oğlu var.
Cavidan Novruz
Cavidan Novruz ailəlidir. Bu evlilikdən Cavidanın bir oğlu var.
Mələk Kazımova
25 iyul 1996-cı ildə dünyaya gələn aktrisa ailə qurmayıb.
Mənsur Şərif
Mənsur Şərif 2020-ci ildə ailə qurub. Onun bir qız övladı var.
Könül
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ