İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilk dəfə sülh sazişi məsələsində BUNU EDİR - İLGİNC İDDİA

ABŞ-ın Ukrayna ilə Rusiya arasında sülh sazişinə nail olmaq cəhdləri hələlik uğur qazanmayıb — yəni Ukraynanın təhlükəsizlik zəmanətləri tələbi ilə Rusiyanın açıq təslim olma istəyi arasında barış yaratmaq mümkün olmayıb. Lakin danışıqlara yaxın mənbələrin verdiyi məlumata görə, “yeni bir impuls” müşahidə olunur.

Musavat.com xəbər verir ki, bu barədə “The Economist” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ilk dəfədir ki, ukraynalı müzakirəçilər ehtiyatlı da olsa nikbinlik nümayiş etdirirlər.

“Biz mövqelərimizi möhkəmləndirməyə çalışırıq. Amma bütün tərəflər bleflə məşğuldur. Risk var ki, kimsə həddi aşıb prosesi pozacaq”, - deyə yüksək rütbəli ukraynalı rəsmilərdən biri bildirib.

Məqalədə vurğulanır ki, Ukraynanın bu kövrək nikbinliyi ABŞ prezidenti Donald Trampın davamlı sülh gətirəcəyinə inamdan qaynaqlanmır. Əksinə, bu əhval-ruhiyyə dəyişiklikdən doğur.

Bildirilir ki, Tramp uzun müddət təhdid və şantaj yolu ilə Putinin mövqeyini dəstəklədikdən sonra nəhayət Ukrayna prezidenti Volodimir Zelenskini ciddiyə almağa başlayıb.

Ukrayna tərəfinin bildirdiyinə görə, Roma Papası Fransiskin dəfn mərasimi ərəfəsində Donald Tramp ilə keçirilən qısa görüşdə Zelenski ABŞ prezidentinə aydın şəkildə, Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bildirib.

Trampın daha sonra sosial şəbəkələrdə yaydığı paylaşım onun bu mesajı anladığını göstərib.

ABŞ rəsmilərindən biri qeyd edib ki, Ağ Ev Putinin 9 may – Rusiya üçün Qələbə Günü münasibətilə təklif etdiyi üç günlük atəşkəs təklifindən heç də təsirlənməyib.

Rusiyanın aprelin 24-də raket zərbəsi həyata keçirməsi və bunun nəticəsində Şimali Koreya istehsalı olan raketlərlə azı 12 nəfərin ölməsi Donald Trampı qəzəbləndirib. Amerikalı mənbənin sözlərinə görə, danışıqların əvvəlində Tramp Zelenskiyə qarşı dərin məyusluq hiss edirdi, lakin indi bu təəssürat dəyişərək Putinə yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR