Onlayn ictimai-siyasi qəzet
Almaniya Sosial-Demokrat Partiyasının (SPD) həmsədri Lars Klinqbayl yeni hökumətdə vitse-kansler və maliyyə naziri təyin olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə NTV telekanalı partiyadakı mənbələrə istinadən məlumat verib.
Məlumata görə, bu qərar partiyanın prezidiumu tərəfindən yekdilliklə qəbul edilib. Bundan əvvəl, çərşənbə axşamı Almaniya Sosial-Demokrat Partiyasının üzvlərinin əksəriyyətinin Xristian-Demokrat və Xristian-Sosial İttifaqları blokları ilə koalisiya sazişini təsdiqlədiyi məlum olmuşdu. Bu, ölkədə yeni hökumətin qurulmasına yol açır.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ