Onlayn ictimai-siyasi qəzet
Masallıda 41 yaşlı Hicran Cavadov həmkəndlisini bıçaqlayıb. Sərxoş olan Hicran qəzəblənərək dayısının evini də yandırıb.
Musavat.com xəbər verir ki, Masallının Qızılağac kənd sakini Hicran 47 yaşlı həmkəndlisi Fuad İbrahimovu bıçaqlayıb. Buna səbəb sərxoş olduqları üçün aralarında mübahisə yaranması olub. Belə ki, Fuad Hicrandan telefonunu satıb-satmadığını soruşub. Hicran bu suala əsəbiləşib və bıçaqla Fuada bir neçə zərbə vurub.
Bıçaqlanan Fuad Hicranı bağışlayıb, şikayətçi olmadığını deyib.
Hadisə zamanı sərxoş olan Hicranın yadına keçmişdə olan hadisə düşüb. O xatırlayıb ki, dayısı illər əvvəl ona məxsus olan torpağı satıb. Həmin hadisəni xatırlayan Hicran qisas almaq məqsədi ilə dayısının evini yandırmağa gedib. Bundan əvvəl dayısına zəng edərək məlumat da verib. Evi yandırdıqdan sonra videosunu çəkərək dayısına göndərib. İki mərtəbəli evi yandırmaqla Hicran dayısına 30 min manat zərər vurub. Amma dayısı ondan şikayətçi olmayıb.
Hicra ifadəsində sərxoş olduğu üçün Fuadı bıçaqlamasını xatırlamadığını deyib. Dayısının evini yandırdığına görə isə peşman olduğunu bildirib.
Hicran törətdiyi əməllərə görə məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ