Onlayn ictimai-siyasi qəzet
İlon Mask artıq Ağ Evə getmir, o, distant işləyir.
Musavat.com xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Nəşrin yazdığına görə, Maskın birbaşa iş rejimini dayandırdığına dair rəsmi açıqlama verilməyib. Lakin Ağ Evin aparat rəhbəri Syuzan Uayls bu haqda diqqətçəkən açıqlama verib.
“Biz onunla telefonla danışırıq, nəticə eynidir. Sadəcə, əvvəlki qədər fiziki olaraq burada olmur”, – deyə Uayls bildirib.
Qeyd olunur ki, Mask əvvəllər daha aktiv şəkildə Ağ Evdə iştirak edirdisə, son dövrlər bu hallar ciddi şəkildə azalıb.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ