Onlayn ictimai-siyasi qəzet
62 yaşlı rusiyalı müğənni Qriqori Leps 19 yaşlı nişanlısı Aurora Kiba ilə toylarını təxirə salıb.
Bu barədə Qriqorinin həmkarları "Komsomolskaya Pravda"ya deyiblər.
Onların sözlərinə görə, sənətçinin Auroranın istədiyi toya pulu yoxdur və borcları var. Bildirilib ki, ifaçı 300 milyon rubl (6 milyon manatdan çox) həcmində böyük kredit götürüb və hamısını yeni biznesinə yatırıb.
Belə ki, Leps Moskvada elit bar açmağı planlaşdırır:
"O, bütün bunların belə böyük sərmayələrlə - yüz milyonlarla rublla başa gələcəyini düşünmürdü. O, əmindir ki, yeni bizne milyonlar qazanacaq və sonra borclarını ödəyib toy edəcək". (Axşam.az)
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ