İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistandan SƏRT QƏRAR - Bütün xarici uçuşlar...

Pakistan hava məkanından keçən bütün xarici reyslərə ciddi nəzarətə başlayıb.

Musavat.com xəbər verir ki, "Samaa.tv"nin mənbələrə istinadən yaydığı məlumata görə, Pakistan milli təhlükəsizliyi gücləndirmək məqsədilə öz hava məkanından keçən bütün xarici reyslərə ciddi nəzarət mexanizmini işə salıb.

Qeyd olunub ki, Hava Hərəkətinə Nəzarət Xidmətinə (ATC) yeni təlimatlar verilib və xüsusilə Hindistandan havaya qalxan və ya onun ərazisindən keçən reyslərə qarşı ayıqlığın artırılması tapşırılıb.

Artıq Hindistandan olan beynəlxalq uçuşlar ciddi nəzarət altındadır: şübhəli sayılan hər hansı hava gəmisinə Pakistanın hava məkanına daxil olmaq və ya tranzit keçmək üçün yüksək səviyyəli icazə tələb olunur.

Bu qərar bölgədə artmaqda olan gərginlik fonunda qəbul edilib. Rəsmilər potensial təhlükələrin qarşısını almaq üçün hava məkanının təhlükəsizliyini prioritet məsələ kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR