İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN sözçüsü “peycerli hücum”lardan danışdı: Təqsirkarlar məsuliyyətə cəlb olunmalıdırlar

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Livanda peycerlərin kütləvi partlayışına münasibət bildirib.

Musavat.com xəbər verir ki, xidmət rəhbəri deyib ki, Rusiya Livanda peycerlərin kütləvi şəkildə partladılmasını Livana qarşı növbəti hibrid müharibə aktı kimi qiymətləndirir. “Yüksək texnoloji hücumun təşkilatçıları Yaxın Şərqdə böyük müharibə başlatmağa çalışırlar”.

“Biz dost Livana və onun vətəndaşlarına qarşı misli görünməmiş hücumu kəskin şəkildə pisləyirik. Bu Livanın suverenliyinin kobud şəkildə pozulmasıdır və qeyri-ənənəvi silahlardan istifadə etməklə beynəlxalq hüquqa ciddi meydan oxuyurlar”, - Mariya Zaxarova bildirib.

Mariya Zaxarova tərəfləri təmkinli olmağa çağırıb: “Bu cinayətlə bağlı hərtərəfli araşdırma aparılmalı və bütün təqsirkarlar məsuliyyətə cəlb olunmalıdırlar”.

Bu gün, sentyabrın 18-də Livanın Səhiyyə Nazirliyi Hizbullah fəallarının istifadə etdiyi peycerlərin partladılması nəticəsində 11 nəfərin öldüyünü təsdiqləyib.

Livanın Səhiyyə Nazirliyi 3000-ə yaxın yaralının xəstəxanalara aparıldığını, onlardan yüzlərləsinin vəziyyətinin ağır və ya kritik olduğunu təsdiqləyib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR