Onlayn ictimai-siyasi qəzet
Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən gecə ərzində 92 PUA zərərsizləşdirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lardan 47-si Krasnodar diyarı üzərində vurulub. Kursk vilayətində 12, Rostov vilayətində 9, Bryansk vilayətində 4, Belqorod vilayəti və Krımda 2, Voronej vilayətində 1, Azov dənizi üzərində isə 15 PUA məhv edilib.
Bu gün gecə Rusiyanın Adıgey Respublikasındakı hərbi aerodromu hücuma məruz qalıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Maykop şəhəri yaxınlığındakı Xanskaya aerodromuna PUA hücumu edilib. Hərbi aerodromun yaxınlığındakı Rodnikovıy qəsəbəsinin 1300 sakini təxliyə olunub. Qeyd edək ki, həmin aerodromda Rusiyanın 272-ci təlim aviasiya bazası yerləşir.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ