İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Ukrayna Kurskda rusların dəniz piyadalarını DARMADAĞIN edir, AMANSIZ döyüşlər gedir

Ukrayna Silahlı Qüvvələrinin qərargahlarına zərbələri Rusiyanın 810-cu dəniz piyadası briqadasının özünə gəlməsinə imkan vermir. Bu barədə "Forbes" nəşri yazıb.

Nəşr yazır ki, Rusiyanın 810-cu dəniz piyada briqadası USQ mövqelərinə iki aylıq əsasən uğursuz hücumlar nəticəsində ciddi şəkildə tükənib. Ukrayna qoşunları Kursk vilayətində Rusiyanın 810-cu dəniz piyada briqadasını məqsədyönlü şəkildə hədəfə alır. USQ Baş Qərargahının məlumatına görə, çərşənbə axşamı "dəqiq" hücum nəticəsində 810-cu dəniz piyada briqadasının Belaya qəsəbəsində yerləşən qərargahı vurulub.
Bu, iki həftə ərzində briqadanın qərargahlarına endirilən ikinci zərbədir. Nəşrin analitiki Devid Aks yazır ki, ukraynalıların hansı sursatlardan istifadə etdiyi bəlli deyil, lakin Belaya qəsəbəsi Sucanın şərqində cəmi 20 mil məsafədə yerləşir. Bu, Ukraynanın qərb istehsalı raketlərindən tutmuş ağır zərbə PUA-larına qədər geniş imkanlara malik olduğunu göstərir.

"Blokada vəziyyətində olan 810-cu dəniz piyada briqadası bu atəş gücünün əhəmiyyətli bir hissəsinə məruz qalıb", - deyə analitik bildirir və qeyd edir ki, daha əvvəl ukraynalılar briqadanın Lqovdakı qərargahına da zərbə endirib. Lqovdakı hücumdan sonra 810-cu dəniz piyada briqadası qısa müddət istirahət üçün Plexovo qəsəbəsinə köçürülüb.

"2500 nəfərlik briqadaya fasilə lazım olub. Kursk əks-hücumlarında iştirak edən 810-cu dəniz piyada briqadası və ona bağlı olan, həmçinin faciəvi şəkildə tükənmiş 155-ci dəniz piyada briqadası iki ay ərzində əsasən uğursuz hücumlar nəticəsində ciddi itkilər verib", - Aks qeyd edir.

Belə ki, yanvarın 7-də Ukrayna Silahlı Qüvvələri 810-cu dəniz piyada briqadasının Poqrebki bölgəsindəki növbəti hücumunu dəf edib. "Noyabrdan bəri rus dəniz piyadaları Poqrebkiyə azı 400 nəfərlik iki tabor göndərib, lakin yalnız itkilər verib və heç bir uğur qazanmayıb", - analitik vurğulayır.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində fəallaşmasından öncə Rusiyanın Kursk vilayətində yerləşən Lqov şəhərindəki 810-cu mühafizə dəniz piyada briqadasının komanda məntəqəsinin vurulduğu məlum olub. Bildirilir ki, düşmən zabit heyəti arasında itkilər verib. Həmçinin, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Maryino qəsəbəsində Rusiya ordusunun komanda məntəqəsinə zərbə endirib.

2024-cü ildə miqrasiya qaydalarını pozduğuna görə 80 mindən çox miqrant Rusiyadan məcburi şəkildə qovulub. Rusiya Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb. Bildirilib ki, təkcə Moskva şəhəri və Moskva vilayətindən 2024-cü ildə 23 min miqrant qovulub. Qeyd edək ki, 2023-cü ildə Rusiyadan qovulan miqrantların sayı 44.2 min nəfər təşkil etmişdi.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı hərbi ekspert Rövşən Məhərrəmovdur.

https://www.youtube.com/@musavattv


https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR