İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bölgədə BÖYÜK FƏLAKƏT rejimi elan edildi - Dəhşətli VİDEO

ABŞ Prezidenti Cozef Bayden, Kaliforniya ştatında baş verən kütləvi yanğınlar səbəbilə böyük fəlakət rejimi elan edilməsi üçün rəsmi bəyannamə imzalayıb.

Musavat.com bildirir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Bəyannamə nəticəsində zərərçəkmişlər müvəqqəti mənzil, ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər yardım proqramlarından yararlana biləcəklər.

Bununla yanaşı, Prezident Bayden, Kaliforniyada azı beş nəfərin həyatını itirməsi ilə nəticələnən meşə yanğınları səbəbindən İtaliyaya planlaşdırdığı səfərini ləğv etmək qərarına gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR