Onlayn ictimai-siyasi qəzet
Ermənistan prokurorluğu dövlət təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Vardan Minasyanla bağlı tələblərini irəli sürüb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, prokurorluq Minasyanın İrəvandakı iki daşınmaz əmlakının, 5 avtomobilinin, 2 şirkətdə payının və 2 milyard 150 milyon dram (5,5 milyon dollar) məbləğində vəsaitinin müsadirəsini tələb edir.
Qurum bütün bu aktivləri qanunsuz əldə edilmiş əmlak kimi təsnif edir.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ