Onlayn ictimai-siyasi qəzet
İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian rəsmi səfər çərçivəsində Ermənistana gedib.
Musavat.com İran mediasına istinadən verir ki, Əhmədianı İrəvan hava limanında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb.
Məlumata görə, İran rəsmisi səfər zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla da görüş keçirəcək.
Qeyd edək ki, Əhmədian İrəvana yola düşməzdən əvvəl Bakıda bir sıra görüşlər keçirib.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ