İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden İtaliyaya səfərini LƏĞV ETDİ - Fövqəladə vəziyyət rejimi ELAN ETDİ

ABŞ prezidenti Co Bayden Kaliforniyada baş verən genişmiqyaslı meşə yanğınları səbəbindən İtaliyaya planlaşdırılan səfərini ləğv edib.

Musavat.com xəbər verir ki, o, həmçinin  böyük fövqəladə vəziyyət rejimi elan edib.

Qeyd edək ki, Kaliforniyadakı meşə yanğınları minlərlə hektar ərazini məhv edib, yüzlərlə ev və infrastruktur obyektinə ziyan vurub. Minlərlə insan təxliyə olunub.

Bayden administrasiyası Kaliforniya sakinlərinə və xilasedicilərə lazımi dəstək verəcəyini və böhranın nəticələrini minimuma endirmək üçün bütün səylərin göstəriləcəyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR