Onlayn ictimai-siyasi qəzet
Bakının məşhur və ilk restoranlarından biri olan “Şuşa” restoranı sökülüb.
Musavat.com xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən restoranın söküntüsünə bu gün başlanılıb.
Restoran tam olaraq sökülüb. Bu barədə məlumatı restoranın sahibi Elxan Qasımovun qızı verib. Onun sözlərinə görə restoran qanunsuz və onların xəbəri olmadan sökülüb.
O, restoranın ADA universitetinin prorektoru Şahmar İbadov tərəfindən söküldüyünü iddia edib.
Söküntü işləri aparılan zaman tərəflər arasında mübahisə də yaşanıb. Söküntünü aparan şəxlər mülk sahiblərinin çəkiliş aparmasına mane olmağa çalışıblar.
İlkin Muradov
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ