İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan SƏRT MESAJ: Tramp Putinə heç bir güzəşt etməyəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna məsələsində Putinə güzəştə getməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.

Kelloq vurğulayıb ki, Trampın əsas məqsədi Ukraynanın suverenliyinin qorunmasıdır.

Onun sözlərinə görə, ABŞ prezidenti Putinə və ya Rusiyaya hər hansı güzəşt etmək niyyətində deyil.

Bununla yanaşı, Trampın prioriteti ədalətli və vicdanlı şəkildə münaqişənin həllinə nail olmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR