Onlayn ictimai-siyasi qəzet
"Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojinin təyyarəsi iyulun 18-də səhər saatlarında Rusiya rəhbərliyinə qarşı uğursuz üsyandan sonra dördüncü dəfə Belarusa uçub.
Bu barədə “Belaruski Qayun” məlumat yayıb.
"Saat 11:05-də Yevgeni Priqojinin "Embraer Legacy 600" biznes-jeti (qeydiyyat nömrəsi RA-02795) Maçulişdəki hərbi aerodromda yerə enib. Bizdə olan məlumata görə, təyyarə Sankt-Peterburqdan Belarusa uçub".
Priqojinin təyyarəsi son vaxtlar 4-cü dəfədir ki, Belarusa gəlir.
Təyyarə iyunun 27-də, iyulun 1-də və iyulun 11-də də Belarusa uçub. Priqojin iyulun 11-dən 12-nə keçən gecə Osipoviç yaxınlığındakı çadır şəhərciyində gecələyib.
Rusiyanın Voronej vilayətində iki “Vaqner” döyüşçüsü güllələnib. Bu barədə Rusiya KİV yazıb. “Vaqner”çilərin üsyan cəhdində iştirakdan imtinaya görə öldürüldüyü bildirilir. Onları öldürməkdə şübhəli bilinən dəstə üzvünün də saxlanıldığı vurğulanır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Oqtay Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/TVmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ