İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasion iddia: Paşinyan ABŞ səfirliyinə yalnız “öz adamını” göndərmək istəyir

Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsun istefasına cəmi bir neçə ay qalıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Hamıya məlumdur ki, belə mühüm bir ölkəyə — ABŞ-a, Nikol Paşinyan təcrübəli diplomat deyil, ona sadiq olan, komandadan olan və etibar etdiyi bir şəxsi təyin edəcək. Çünki dünya gücü olan bir ölkədə səfir vəzifəsi həm də kölgə əlaqələrini nəzərdə tutur. O isə diplomatları adətən ‘öz adamı’ saymır, onlara güvənmir”.

Hazırda ermənilər arasında ABŞ-da bir neçə il sakit və təminatlı həyat yaşamaq uğrunda qızğın mübarizə gedir. “Vətəndaş Sazişi” partiyasındakı mənbələrimizdən öyrəndiyimizə görə, Ermənistanın ABŞ-dakı səfiri postuna əsas namizədlər iki nəfərdir: deputat Arsen Torosyan və əmək və sosial məsələlər naziri Narek Mkrtçyan.

Arsen Torosyan, bir çoxlarının müşahidə etdiyi kimi, son vaxtlar Nikol Paşinyanı xarici səfərlərində tez-tez müşayiət edir və onun mövqelərini bütün gücü ilə təbliğ edir — çıxışlar edir, statuslar yazır, siyasi opponentləri yerində otuzdurur. Yaxınlarda isə Paşinyana qarşı göndərilən impiçment müraciətini cırıb.

Narek Mkrtçyana gəldikdə isə, o, həmçinin “Vətəndaş Sazişi” partiyasında xarici əlaqələrə cavabdehdir və son illərdə dəfələrlə ABŞ-a səfər edib.

Mənbəmizin bildirdiyinə görə, onların arasında Mkrtçyanın təyinatı daha real hesab olunur. Amma ədalət naminə qeyd edilməlidir ki, o, nazir vəzifəsindən azad edilməli idi, çünki Parakarda yaşayan biri və məsul şəxs kimi Parakar seçkilərini fəlakətlə başa çatdırıb və hakim partiya üçün kifayət qədər səs təmin edə bilməyib,” — deyə “Hraparak” qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR