İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “trilyonluq sərvət” iddiası şübhə altındadır: Ukraynanın faydalı qazıntıları SSRİ xəritələrinə əsaslanır!

ABŞ prezidenti Donald Trampın Ukraynadakı faydalı qazıntı ehtiyatlarının trilyonlarla dollar dəyərində olması ilə bağlı iddiaları ciddi suallar doğurub.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Nəşrin araşdırmasına əsasən, Trampın bəyanatları əsasən köhnəlmiş və artıq etibarsız sayılan məlumatlara söykənir. Ukraynanın Geologiya və Yeraltı Sərvətlər üzrə Dövlət Xidmətinin keçmiş rəhbəri Roman Opimax qəzetə açıqlamasında bildirib ki, ölkənin minerallarla bağlı son ətraflı xəritəsi hələ sovet dövründə tərtib olunub.

Onun sözlərinə görə, o vaxtdan bəri Ukraynanın əsas faydalı qazıntı yataqları – xüsusilə titan və litiumla bağlı məlumatlar məxfi saxlanılıb: “Bu, artıq çoxdan köhnəlmiş bir yanaşmadır”.

Kanadanın "SecDev" şirkətinin qiymətləndirməsinə görə, Ukraynanın faydalı qazıntılarının təxminən 40 faizi hazırda Kiyev tərəfindən nəzarət olunmayan Donbas və digər ərazilərdə yerləşir.

"The Washington Post" həmçinin qeyd edir ki, Ukraynada nadir torpaq elementlərinin varlığına dair sübutlar yoxdur. Lakin ölkədə litium, qrafit, uran və titan kimi strateji mineralların əhəmiyyətli ehtiyatları mövcuddur. Bu minerallardan yalnız titan hasil olunur.

Xüsusilə litium ehtiyatlarının həcmi 500 min ton olaraq qiymətləndirilir və bu, Avropada ən iri ehtiyatlardan sayılır. Ancaq onun tərkibində petalit adlı mineralın olması səbəbindən çıxarılması və emalı olduqca baha başa gəlir, bu səbəbdən litium faktiki olaraq hasil edilmir.

Ukraynanın geoloji potensialı ilə bağlı optimist bəyanatlar verilərkən, mövcud texniki və siyasi maneələrin nəzərə alınması zəruri sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR