Onlayn ictimai-siyasi qəzet
Ukraynanın baş naziri Denis Şmıqal ABŞ-la birgə yaradılan investisiya və bərpa fonduna dair sazişdə təhlükəsizlik zəmanətləri olmadığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Şmıqal mətbuata verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, fondun yaradılması ilə bağlı razılaşma siyasi və iqtisadi əməkdaşlığı nəzərdə tutur, lakin orada rəsmi təhlükəsizlik təminatları yer almır.
Bununla belə, Şmıqal qeyd edib ki, ABŞ tərəfindən Ukraynaya göstərilən hərbi yardımın hər biri “kapital qoyuluşu” kimi qiymətləndirilir və bu, ölkənin müdafiə potensialının möhkəmləndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, ABŞ və Ukrayna arasında bu fondun yaradılması regionda uzunmüddətli sabitlik və iqtisadi dirçəliş planlarının bir hissəsi kimi təqdim olunmuşdu. Lakin formal təminatların olmaması bəzi ekspertlər tərəfindən riskli addım kimi qiymətləndirilir.
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ