İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN: Rusiya Ukraynada planını dəyişdi – Moskva geri addım atır?

Rusiya Ukrayna ilə münaqişədə əvvəlki uzunmüddətli məqsədlərindən imtina edərək daha “qısamüddətli” və realist hədəflərə yönəlmiş ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə CNN ABŞ və Ukrayna kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Rusiya hazırda nəzarətində olan ərazilərdə mövqelərini möhkəmləndirməyə və daxili iqtisadiyyatı stimullaşdırmağa fokuslanıb. Bu, münaqişənin gedişində Moskvanın strategiyasının dəyişdiyini göstərə bilər.

Məlumatda qeyd olunur ki, CNN-ə danışan yüksək rütbəli amerikalı və ukraynalı rəsmilər bu dəyişiklikləri Moskvanın Vaşinqtonla münasibətləri yumşaltmaq istəyi ilə əlaqələndirirlər.

Bununla belə, mənbələrdən biri bildirib ki, Rusiya "maksimalist" hərbi məqsədlərindən tamamilə əl çəkməyib. Hədəflər arasında Ukraynanın yeni ərazilərinin ələ keçirilməsi də yer alır. Qeyd edilir ki, ABŞ kəşfiyyatı bu barədə ilin əvvəlində Donald Trampın müşavirlərini də məlumatlandırıb.

Rusiya tərəfi hələlik CNN-in bu məlumatına rəsmi reaksiya verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR