İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT maliyyə böhranına görə sarsılır: Onlarla qurum birləşdirilir, kütləvi islahat başlayır

Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə böhranı səbəbindən tarixindəki ən geniş struktur islahatına hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, islahat çərçivəsində BMT-nin onlarla agentliyi birləşdirilərək dörd əsas departament altında toplanacaq. Yeni struktur “Sülh və təhlükəsizlik”, “Humanitar məsələlər”, “Dayanıqlı inkişaf” və “İnsan hüquqları” bloklarından ibarət olacaq.

Ən ciddi dəyişikliklərdən biri humanitar qurumlara aiddir. Belə ki, Dünya Ərzaq Proqramı (WFP), UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) vahid humanitar orqan altında birləşdiriləcək.

Reformalar çərçivəsində funksiyaların təkrarlanmasının qarşısı alınacaq, struktur optimallaşdırılacaq və bəzi işçilər Cenevrə və Nyu-Yorkdan daha az xərcli şəhərlərə köçürüləcək.

Ekspertlər bu dəyişikliklərin BMT-nin çevikliyini artıracağını düşünsələr də, bəzi dairələrdə bunun beynəlxalq yardım proseslərini çətinləşdirəcəyi ilə bağlı narahatlıqlar da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR