İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyərtəsində sərnişinlərin olduğu təyyarə YOXA ÇIXDI

Boliviyanın şimalında göyərtəsində biri uşaq olmaqla beş nəfərin olduğu "Cessna 172CP" təyyarəsi yoxa çıxıb.

Musavat.com "Kommersant"a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arce Telegram kanalında bildirib.

Artıq hakimiyyət orqanlarının axtarışlara hərbçiləri cəlb etdiyi bildirilir.

"Təyyarə Beni departamentinin Baures şəhəri ilə Trinidad şəhəri arasında uçarkən yoxa çıxıb”, - ölkə prezidenti yazıb.

Boliviya Mülki Aviasiya İdarəsi itkin düşən təyyarənin pilotunun aprelin 30-da qəza siqnalı verdiyini və daha sonra əlaqəni kəsdiyini bildirib.

Təyyarə Beninin inzibati mərkəzi olan Trinidaddan 109 km şimal-şərqdə yerləşib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR