İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğız deputat Pavel Durovun beynəlxalq axtarışa verilməsini təklif edir

Qırğızıstan parlamentinin (Joqorku Keneş) üzvü Dastan Bekeşov Telegram messencerinə və digər sosial şəbəkələrə qarşı sərt bəyanatla çıxış edərək, onları cinayət məzmunu ilə bağlı fəaliyyətsizlikdə ittiham edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, deputat Mərkəzi Asiya ölkələrində Telegram botlarının populyarlaşdığını, onların vasitəsilə narkotik maddələrin aktiv şəkildə bazarlandığını və yerli hüquq-mühafizə orqanlarının hələ də onlara əhəmiyyət vermədiyini bildirib.

Bekeşovun sözlərinə görə, Pavel Durovun rəhbərlik etdiyi Telegram administrasiyası dövlət qurumları ilə fəal əməkdaşlığa başlamasa, o zaman onun beynəlxalq axtarışı məsələsinə baxıla bilər.

Deputat əlavə edib ki, bundan sonraQırğızıstan sərt tədbirlər görməyə məcbur olacaq, Telegram rəhbəri (Pavel Durov) axtarışa veriləcək və o, sərhədi keçərsə, həbsxanaya göndəriləcək.

Bekeşov Facebookda onun adından yayılan, lakin şikayətlərə baxmayaraq, sosial şəbəkənin hələ də silmədiyi “deepfake”dən istifadə edilməklə yaradılmış saxta videonu misal çəkib.

O, söz azadlığının vacibliyini anladığını və hökumətin sosial şəbəkələrin fəaliyyətinə həddindən artıq müdaxiləsinin əleyhinə olduğunu, lakin rəqəmsal platformaların öz saytlarında törədilən cinayətlərə görə cəzasız qalmasını qəbuledilməz hesab etdiyini vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR