İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzahir Pənahovun oğlu hamilə arvadını ölümünə döydü! SƏBƏB, DETALLAR və FOTOLAR

İLK YAYIM SAATI: 14:59

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov haqda sensasion iddia yayılıb.  

Musavat.com haqqin.az-a istinadən xəbər verir ki,  məişət zorakılığının qurbanı olan qadın saytın redaksiyasına müraciət edib. “Bu hekayədə ən paradoksal olan odur ki, zorakılıq ABŞ ərazisində törədilib və qadın Azərbaycana qaçaraq həyatını xilas edib” deyə, haqqın.az yazır.

Bildirilir ki, 38 yaşlı H.P. Məhəmməd Pənahov 28 iyun 2022-ci ildə Bakıda ailə həyatı qurub. Və sonra yeni evlənənlər ABŞ-da, Los-Ancelesdə yaşamağa getdilər. Bəlli olur ki, MSK sədrinin oğlunun Los-Ancelesin nüfuzlu Bel-Air bölgəsində Hollivud ulduzlarının yanında 2 milyon 35 min 400 dollara dəbdəbəli villası olub. “Gənc cütlüyün maddi çətinlikləri də olmayıb. Evli cütlük Britaniyanın – “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarında hesabları olub və bu hesablardan milyonlar xərclənib. Yeni evlənənlərin şirin həyatı Məhəmməd Pənahovun pis vərdişlərə, ilk növbədə spirtli içkilərə aludəçiliyə ortaya çıxandan sonra başlayıb.  Məsələn, Məhəmməd Pənahov bir dəfəyə 26 butulka pivəni boşaldıb, sonra isə boş şüşələri hamilə arvadına atıb. Pənahovun belə aludəçiliyi   qadına qarşı çoxlu qan və zorakılığa səbəb olur və   hamilə arvadı övladını itirir.  17 aylıq evlilikdən sonra qadın bu həyata dözməyərək Kaliforniya villasından qaçmaq qərarına gəlib. Valideynləri  dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqla tapıb”.

Haqqın.az yazır ki,  qadın Bakıda da dinclik tapmayıb. Belə ki, Məhəmməd Pənahov qadına hədə-qorxu gəlməkdə və təhdidlərə davam edib.  Bildirilir ki, H.P. boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib.

Musavat.com xəbər verir ki, Məzahir Pənahov xəbərdə adı keçən oğluna 2023-cü ilin sonunda  “Fairmont” hoteldə dəbdəbəli toy edib. O, Həlimə adlı xanımla ailə qurub. Maraqlıdır bir neçə gün sonra MSK sədri bu dəfə “Buta Palace”da kiçik oğluna Araz da toy edib. 

Hər iki  Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR