Onlayn ictimai-siyasi qəzet
Azərbaycan media qurumlarına kiberhücumun kim tərəfindən və hansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistem qeydlərinin təhlili aparılıb, zərərverici proqram təminatının izləri araşdırılıb, eləcə də hücum edənlərin davranış analizi həyata keçirilib.
Bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, araşdırma hücumun yalnız texniki deyil, eyni zamanda, psixoloji təsir yaratmağa yönəlib, yüksək səviyyədə təşkilatlanmış kibercasus qrupu tərəfindən həyata keçirildiyini ortaya çıxarıb.
“Həmin qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir. Hücumların motivinə gəlincə isə, böyük ehtimalla bunun səbəbi bir qədər öncə baş vermiş iki hadisə ilə bağlı iz buraxmadan qisas almaq məqsədi daşıyıb.
Hücum üçün təhrikedici bəhanə bir sıra media resurslarının adlarını çıxışımın sonunda qeyd edəcəyim hər iki məsələ ilə bağlı süjetlər və araşdırma materialları hazırlamaları idi. Məqsəd isə media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq idi”, - deyə R.Namazov qeyd edib.//Trend
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ